Bu məktəblərə qəbulda üstünlük tətbiq olunacaq – SİYAHI
2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə bir sıra ümumi təhsil müəssisələrində üstünlük hüququ tətbiq edilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı müvafiq yerli təhsili idarəetmə orqanları tərəfindən və www.mektebeqebul.edu.az portalı vasitəsilə vətəndaşlara təqdim olunub.
Bu linkə keçid edərək ətraflı məlumat ala bilərsiniz.


