Bu tələbələr ucqar kəndlərdə pedaqoji təcrübə keçə biləcəklər
“Fevral ayından yeni layihəyə start verəcəyik. Layihə çərçivəsində müəllimlərlə yanaşı, dördüncü kurs tələbələri də pedaqoji təcrübəni məhz ucqar kəndlərdə və işğaldan azad olunmuş ərazilərimizdə yerləşən məktəblərdə keçə biləcəklər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Azərbaycan Gənc Müəllimləri Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova Təhsil TV-nin efirində yayımlanan “Təhsil saat” verilişində məlumat verib.
O bildirib ki, həmin tələbələr mövcud mühiti görməklə, şagirdlərlə ünsiyyət quraraq, müəllimlərin yardımını və dəstəyini hiss edərək pedaqoji təcrübəyə başlaya biləcəklər: “Bu tələbələrin növbəti mərhələdə, məsələn, MİQ imtahanları zamanı seçim imkanı yaranarsa, həmin əraziləri seçmələri daha məqsədəuyğun olar”.



