Buraxılış imtahanında 8 nəfər maksimum bal topladı – SİYAHI

8 May, 2026 - 16:22
Buraxılış imtahanında 8 nəfər maksimum bal topladı

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, İmtahan iştirakçıları arasında 7 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bundan əlavə, ingilis dilində tədris alan 1 nəfər 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür. 

Həmçinin bu imtahanda iştirakı nəzərdə tutulan 52 687 nəfərdən 462 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfər imtahandan xaric olunub.

Buraxılış imtahanında 8 nəfər maksimum bal topladı