Çağrı Mərkəzi daha bir region üzrə fəaliyyət göstərəcək

6 Noyabr, 2024 - 12:15

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzi (146) daha bir region üzrə vətəndaşların sorğularını cavablandıracaq. 

“Azərbaycan müəllimi” xəbər verir ki, vətəndaşlar 146 – 0 – 11 nömrəsi ilə əlaqə yaratmaqla Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə cavab ala bilərlər.