Fəlsəfə doktoru proqramı üzrə doktorantların sayı təxminən 3,4 dəfə artıb
Fəlsəfə və elmlər doktoru proqramı üzrə təhsil alanların sayı artıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin “Təhsil, elm və mədəniyyət” statistik məcmuəsində öz əksini tapıb.
Statistikaya əsasən, 2011-ci ildə 786 nəfər fəlsəfə doktoru proqramı üzrə təhsil alırdısa, 2025-ci ildə bu say 2653 nəfərə çatıb. Bu təxminən 3,4 dəfə artım deməkdir.
Eyni zamanda 2011-ci ildə fəlsəfə doktoru proqramına 5 nəfər qəbul olmuşdusa, 2025-ci ildə 754 nəfər qəbul olub. Bu da təxminən 150 dəfə artım deməkdir.
Elmlər doktoru proqramı üzrə isə təhsil alanların sayı 2011-2025-ci illərdə 91-dən 470-ə yüksəlib. Bitirənlərin sayı isə 13-dən 173-ə yüksəlib.




