Dendrologiya İnstitutu beynəlxalq konfrans keçirəcək

1 Sentyabr, 2025 - 13:07
Dendrologiya İnstitutu beynəlxalq konfrans keçirəcək
Dendrologiya İnstitutu beynəlxalq konfrans keçirəcək
Dendrologiya İnstitutu beynəlxalq konfrans keçirəcək

Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu “İşğaldan azad olunmuş torpaqlarda biomüxtəlifliyin qorunması və dayanıqlı ekoloji inkişafı” adlı beynəlxalq konfrans keçirəcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, oktyabrın 29-da təşkil olunacaq konfransda Qarabağ iqdisadi rayonunu biomüxtəlifliyinin müasir vəziyyətinin öyrənilməsi, onun qorunması, saxlanması, inkişafı, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi və bərpası ilə bağlı mövzular müzakirə olunacaq. 

Tədbirin keçirilməsində həmçinin əsas məqsəd antropogen təsirlərin biomüxtəlifliyə göstərdiyi təsirlərin elmi əsaslarla aradan qaldırılması istiqamətində tətdiqatlar aparılması, regionda dayanıqlı ekoloji inkişafı təmin edən elmi tədqiqatların nəticələrinin tətbiqi, eləcə də bu sahənin elm adamları ilə  təcrübə mübadiləsinin həyata keçirilməsi üçün elmi platformanı formalaşdırmaqdır.