DİM: Yeni imtahan modeli 858 şagirdin iştirakı ilə sınaqdan keçirilib
“Tam orta təhsil səviyyəsi üzrə təkmilləşdirilmiş imtahan modeli üçün həyata keçirilmiş pilot layihə çərçivəsində Bakı və Sumqayıtın müxtəlif məktəblərinin 858 şagirdinin iştirakı ilə sınaqlar aparılıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib
O bildirib ki, sınaqlar bu modelin praktik tətbiqi və qiymətləndirmə meyarlarının effektivliyini təhlil etməyə imkan verib: “Nəticələr göstərir ki, yeni yanaşma şagirdlərin dil bacarıqlarını daha kompleks və real kommunikativ situasiyalara uyğun şəkildə ölçməyə şərait yaradır”.
K.Hacıyeva daha sonra tədbirdə iştirak edən müəllimlərə tam orta təhsil səviyyəsi üzrə xarici dil fənni üzrə qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən dəyişikliklər, ölçmə meyarları, həmçinin pilot imtahanın nəticələri haqqında ətraflı məlumat verib.



