Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır

25 Noyabr, 2026 - 13:50
Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində mövcud vakant yerlərə tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanında uğur qazanaraq 40 bal və daha yüksək nəticə göstərmiş namizədlər vakant yerlər üzrə 25 noyabr - 1 dekabr 2026-cı il tarixlərində BŞTİ-yə müraciət edə bilərlər.

Müraciət zamanı şəxsiyyəti təsdiq edən sənədin və təhsil haqqında sənədin surəti təqdim edilməlidir.

Namizədlər BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrindəki mövcud vakansiyalarla linkə keçid edərək tanış ola bilərlər.