Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Təhsil İnstitutu dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsini təqdim edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, çərçivəyə əsasən, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına və peşəsinə uyğun olmaqla tərtib edilir. Test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 (altmış) sual təqdim edilir.
Məzmun və metodika:
Məktəbəqədər təhsilin inkişaf sahələri və standartları
Psixo-pedaqoji nəzəri əsaslar (J.Piaje “Koqnitiv inkişaf” nəzəriyyəsi; L.Vıqotski “Sosial inkişaf nəzəriyyəsi”; H.Gardner “Çoxnövlü inkişaf nəzəriyyəsi” və s.)
Uşaq şəxsiyyətinin formalaşması (ünsiyyət tələbatı, emosional-iradi inkişafı)
M.Montessori, Valdorf, R.Emilianın pedaqoji yanaşmaları
Uşaqlarda yaşına görə öyrənmə xüsusiyyətlər
1.Metodika:
• Sensor bacarıqların inkişafı
• Fiziki tərbiyə (sensor, böyük və kiçik motor bacarıqları)
• Təsviri fəaliyyət
• Ətraf aləmlə tanışlıq
• Nitq inkişafı
• Bədii təfəkkürün inkişafı
• Məntiqi və riyazi təfəkkürün inkişafı
• Savad təliminin inkişafı
• Uşaqlarda özünəxidmət və əmək vərdişlərinin formalaşması
• Oyunlar və onların təlimdə tətbiqi xüsusiyyətləri
• Uşaqların məktəb təliminə hazırlığı
Təlim və fəaliyyətlərin planlaşdırılması, təşkili, idarəedilməsi, dəyərləndirilməsi, proqnozlaşdırılması və s.
Fəaliyyət mərkəzləri və onların xüsusiyyətləri
2. Təhlükəsizlik
Uşaq hüquqları
Gigiyena qaydaları və ilkin yardım
Xarici və daxili öyrədici mühitdə təhlükəsizliyin təmin edilməsi
İnklüziv təhsil mühitinin təşkili:
• Bütün uşaqlarda yaradıcılığın dəstəklənməsi və həvəsləndirilməsi
• Müxtəlif mədəniyyətli uşaqlarla iş və gender bərabərliyi
3.Pedaqoji etika və əməkdaşlıq
Təhsilverənlərin etik davranış qaydaları
Tərbiyəçi-müəllimin hüquq və vəzifələri
Müəllimin ünsiyyət, qarşılıqlı əlaqə, əməkdaşlıq bacarıqları və konfliktlərin idarə edilməsi:
• uşaq-uşaq;
• uşaq-böyük;
• böyük-böyük.
Valideynlərlə əməkdaşlıq
4.Özünüinkişaf
Metodik işin məzmunu, planlaşdırılması, təşkilinin forma və metodları
Özünütəhlilin və stresə davamlılığın xüsusiyyətləri
Məzmun və metodika üzrə 33, təhlükəsizlik üzrə 15, pedaqoji etika və əməkdaşlıq üzrə isə 6 sual təqdim ediləcək.




