Məktəbəhazırlıq qruplarına qeydiyyat davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2026–2027-ci tədris ili üzrə qeydiyyat və məktəb seçimi prosesi davam edir.
İdarədən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, valideynlər övladlarının qeydiyyatını mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçirə bilərlər.
Qeyd edək ki, valideynlər yalnız 2021-ci il təvəllüdlü (cari ildə 5 yaşı tamam olan) uşaqlar üçün müraciət edə bilərlər.




