Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi BAŞLAYIR
06 avqust 2026-cı il tarixindən etibarən 29 iyun–8 iyul 2026-cı il tarixlərində ərizə qəbulu həyata keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələri üzrə müsahibə mərhələsinə başlanılır.
“Azərbaycan müəllimi” xəbər verir ki, müsahibələr mərkəzləşdirilmiş qaydada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində keçiriləcək. Namizədlərin müsahibəyə dəvəti müsabiqə qaydalarına uyğun olaraq, uyğun namizəd müəyyən edilənədək ardıcıllıq prinsipi əsasında həyata keçiriləcək.
Müsahibə zamanı namizədlər komissiya üzvləri tərəfindən aşağıdakı 7 meyar üzrə qiymətləndiriləcəklər:
• Liderlik və strateji idarəetmə
• Pedaqoji və tədris
• İdarəçilik və təşkilatçılıq
• Ünsiyyət və əlaqə
• Problemlərin həlli və qərarvermə
• Rəqəmsal və texnoloji bacarıqlar
• Sosial və emosional bacarıqlar
Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi səhifələrinə göndərilir. Namizədlərə şəxsi səhifələrini mütəmadi olaraq izləmələri tövsiyə olunur.




