Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edilib

16 Aprel, 2026 - 16:57
Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edilib

Nazirlər Kabineti doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edib. Dəyişiklik “Siyasi elmlər” bölməsində yer alan ixtisas adlarından birinə şamil olunub. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. 

Qərara əsasən, 2012-ci il 15 mart tarixli 65 nömrəli qərarla təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın 59-cu, “Siyasi elmlər” bölməsindəki “Davamlı inkişafın idarə edilməsi” ixtisası bundan sonra “Davamlı inkişaf” adı ilə qeyd olunacaq.