Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul olmaq istəyənlər bu gün imtahan verəcəklər

5 Aprel, 2026 - 10:20
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə qəbul olmaq istəyənlər bu gün imtahan verəcəklər

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirəcək.

DİM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, imtahan vermək üçün 1292 şagird qeydiyyatdan keçib.

İmtahan Bakı şəhərində təşkil olunacaq və saat 11:00-da başlayır. 

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gәtirmәlidirlər:

- Şəxsiyyət vəsiqəsi (vəsiqədə şəkli olmayan şagirdlər oxuduqları təhsil müəssisəsi tərəfindən verilən arayışı (arayışa şagirdin 3x4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);

- İmtahana buraxılış vərəqəsi.

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda şagird imtahana buraxılmır.

Test imtahanı aşağıda qeyd edilən fənlər üzrə Azərbaycan dilində aparılır:

-Azərbaycan dili;

-Riyaziyyat.

Hər fənn üzrə şagirdlərə 30 qapalı tipli sual təqdim edilir. İmtahanın müddəti 90 dəqiqədir.

İmtahanın keçirilməsi üçün 5 bina ayrılıb. İmtahanın idarə olunmasına 14 imtahan rəhbəri, 5 ümumi imtahan rəhbəri, 120 nəzarətçi və 17 buraxılış rejimi əməkdaşı cəlb edilib.