DP doktorantlarının 82 faizi Böyük Britaniyada təhsil alacaq

24 İyul, 2026 - 15:48
DP doktorantlarının 82 faizi Böyük Britaniyada təhsil alacaq

2026–2027-ci tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazananların əksəriyyəti Böyük Britaniyanın aparıcı universitetlərinə qəbul olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində bu il xaricdə təhsil almaq hüququ qazanan 500 nəfərin 22-si doktorantura səviyyəsində təhsil alacaq.

Doktorantların 18 nəfəri Böyük Britaniya,  ABŞ, Finlandiya, Almaniya və İspaniya universitetlərinin hər birinə isə 1 nəfər qəbul olunub. Beləliklə, doktorantların təxminən 82 faizi Böyük Britaniyada təhsil alacaq.

Universitetlər üzrə bölgüdə Mançester Universiteti və Nottingem Universiteti hər biri 3 nəfərlə ilk sırada qərarlaşıb. Sonrakı yerlərdə Edinburq Universiteti, Bristol Universiteti, Oksford Universiteti və Qlazqo Universiteti hər biri 2 doktorantla təmsil olunur. Digər doktorantlar isə Sauthempton, Uorvik, Şeffild, Birminhem, Helsinki, Merilend, Münhen Texniki və Barselona Muxtar universitetlərində təhsil alacaqlar.