Dünənki imtahanın nəticələri nə vaxt açıqlanacaq? – Rəsmi cavab

22 İyun, 2026 - 12:01
Dünənki imtahanın nəticələri nə vaxt açıqlanacaq? – Rəsmi cavab

İyunun 21-də keçirilən Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahan materiallarının emalı aparılır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 10 gündən sonra elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.