Dünya və Avropa çempionu məktəblilərlə görüşəcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü martın 2-də paytaxtdakı 47 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.
BŞTİ-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, layihənin budəfəki qonağı sərbəst güləş üzrə 3 qat dünya, 4 qat Avropa çempionu, 2 qat olimpiya mükafatçısı, Atletlər Komissiyasının üzvü, Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, idmanın uşaqların, yeniyetmələrin həyatına, sağlamlığına təsirləri, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.
Görüşü, həmçinin Təhsil TV-də işıqlandıracaq



