Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarların nümayəndəsi tərəfindən təsis edilmiş “Əfşar Ulduzu” Tədris Mərkəzi açılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Respublikasının Əfqanıstandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, mərkəz əfşarların milli mədəni irsinin qorunub saxlanılması, Azərbaycan dili və tarixinin öyrənilməsi məqsədilə yaradılıb.
Kabil şəhərinin Əfşar-e-Nənəgçi məntəqəsində yerləşən və qeydiyyatından keçmiş “Əfşar Ulduzu” Tədris Mərkəzində eyni vaxtda 60 şagirdin təhsil alması üçün şərait yaradılıb.
Mərkəzin sinif və müəllimlər otaqları lazımi avadanlıq, dərs vəsaitləri, Azərbaycan alimləri tərəfindən nəşr olunmuş tarixi kitablar ilə təchiz edilib.



