Eldar Mansurov “Məktəbdə...” layihəsinin qonağı olub

13 May, 2026 - 16:56
Eldar Mansurov “Məktəbdə...” layihəsinin qonağı olub

Tanınmış bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli sənətkar Eldar Mansurov “Məktəbdə...” layihəsinin qonağı olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyada keçirilib. 

Eldar Mansurov təhsil ocağına öz sevilən bəstələrinin sədaları altında daxil olub, foyedə səslənən musiqilər görüşə ilk anlardan xüsusi ovqat bəxş edib.

Səmimi atmosferdə keçən görüş zamanı sənətkar məktəb illərinə qayıdaraq vaxtilə oxuduğu təhsil ocağı ilə bağlı xatirələrini bölüşüb, müəllimlərinin həyatında və yaradıcılığında oynadığı mühüm roldan danışıb.

Eldar Mansurov uşaqlıq illərindən musiqiyə olan marağından söz açıb, musiqinin insanın estetik zövqünün formalaşmasına təsirlərindən bəhs edib. O, musiqinin yalnız sənət növü deyil, həm də insanın mənəvi dünyasını zənginləşdirən mühüm tərbiyə vasitəsi olduğunu vurğulayıb. Qonaq şagirdlərə kitab oxumağı, klassik musiqilərimizi, dahi bəstəkarların yaddaşlarda yaşayan mahnılarını dinləməyi tövsiyə edib.

İllərdir sevilərək dinlənilən məşhur əsərlərinin yaranma tarixçəsini şagirdlərlə bölüşən Xalq artisti mahnıların əbədiyaşarlıq qazanmasına təsir edən amillərdən danışıb, gənclərin musiqi seçimləri və zövqləri barədə şagirdlərlə fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb.

Daha sonra şagirdlərin ifasında Eldar Mansurovun müəllifi olduğu sevilən mahnılar təqdim olunub.

Sonda məktəblilərlə görüşdən böyük zövq aldığını deyən qonaq bu səmimi görüşün onun yaddaşında gözəl xatirə kimi qalacağını söyləyib.

“Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Qeyd edək ki, layihənin  informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Görüşü Təhsil TV də işıqlandırır.