Elm və təhsil naziri müəllimləri təbrik edib

5 Oktyabr, 2024 - 12:19

Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesablarında paylaşım edib.

Paylaşımda deyilir:

"Dəyərli müəllimlər!

Gənc nəslin təlim və tərbiyəsində, cəmiyyətimizin inkişafında rolunuz əvəzsizdir. Bu şərəfli işdə göstərdiyiniz əzm və fədakarlıq üçün təşəkkür edirik! Gününüz mübarək!"