Elm və təhsil naziri Pakistan səfiri ilə görüşüb
Oktyabrın 7-də elm və təhsil naziri Emin Əmrullayev Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.


