Elm və təhsil naziri UNICEF-in regional direktoru ilə görüşüb

11 Noyabr, 2024 - 23:32

Elm və təhsil naziri Emin Əmrullayev UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis ilə görüşüb.

"Azərbaycan müəllimi"" xəbər verir ki, görüş zamanı COP29 çərçivəsində təhsil sahəsində həyata keçiriləcək  tədbirlər ətrafında fikir mübadiləsi aparılıb, həmçinin təşkilat ilə cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.