""Əmanət proqramçılarımız" üçün kampus" layihəsinin açılış tədbiri keçirilib

2 Dekabr, 2024 - 11:36

Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalib layihələrdən olan ""Əmanət proqramçılarımız" üçün kampus" layihəsinin açılış tədbiri keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, 6 ay müddətində davam edəcək layihənin məqsədi Zaqatala rayonu üzrə ümümtəhsil məktəblərində təhsil alan Qəhrəman Vətən övladlarının əmanətlərinin fərdi bacarıqlarının inkişaf etdirilməsi, onların erkən yaşlardan İKT bacarıqlarının artırılması ilə gələcəyin peşələrin indidən addım atılmasına dəstək olmaqdır.

Layihədə 30 şagird iştirak edəcək. Onlar 2 qrup şəklində olmaqla 30 saatlıq təlimə cəlb olunacaq. Təlim sonunda şagirlər üçün 2 gecə, 3 gün olmaqla kampus yaradılacaq.

Xatırladaq ki, layihə Zaqatala rayonu O.Rəsulov adına Muğanlı kənd tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nuranə Ağayeva tərəfindən icra edilir.