Yeni layihə: Region şagirdləri ingilis dili olimpiadasına hazırlaşdırılır

26 Yanvar, 2026 - 12:59
Yeni layihə: Region şagirdləri ingilis dili olimpiadasına hazırlaşdırılır

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan “Qlobal Vizyon – Tovuz şagirdləri üçün olimpiadaya hazırlıq” qrant layihəsi Tovuz, Qazax və Ağstafa rayonlarını əhatə etməklə ingilis dili üzrə olimpiada hazırlığının sistemli şəkildə təşkilinə xidmət edir. 

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə çərçivəsində müəllim və şagirdlər üçün müasir tədris metodlarına əsaslanan təlimlər keçirilir, beynəlxalq qiymətləndirmə yanaşmaları tətbiq olunur və regionda olimpiada hərəkatına yeni nəfəs verilir.

Layihənin əsas məqsədi istedadlı şagirdlərin aşkar edilməsi, müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, ingilis dili üzrə bilik və bacarıqların yüksəldilməsi və ümumilikdə regionda təhsil keyfiyyətinin artırılmasına töhfə verməkdir.

Layihə çərçivəsində təlimlər beynəlxalq təlimçi, əməkdar müəllim Tahirə Xasməmmədli tərəfindən adıçəkilən rayonlardan seçilmiş 20 nəfər müəllim və 20 nəfər şagird üçün ümumilikdə 32 təlimin keçirilməsi planlaşdırılır. Təlimlər zamanı iştirakçılara ingilis dili üzrə olimpiada formatlı tapşırıqlar, PISA və beynəlxalq qiymətləndirmə yanaşmalarına uyğun oxuyub-anlama mətnləri, tənqidi və analitik düşünmə bacarıqlarının inkişafına yönəlmiş müasir tədris metodları öyrədilir. Dinləmə, oxu, yazı və danışıq bacarıqlarının paralel inkişafı xüsusi diqqət mərkəzində saxlanılır.

Müəllimlər üçün nəzərdə tutulan təlimlərdə innovativ tədris yanaşmaları, dərs planlaşdırılması modelləri (PPP, TTP, GDL və s.), effektiv qiymətləndirmə strategiyaları, rəqəmsal alətlərdən istifadə bacarıqları, eləcə də beynəlxalq olimpiada təcrübələri təqdim olunur. Təlimlər müəllimlərin peşəkar inkişafına və müasir tədris mühitinin formalaşdırılmasına xidmət edir.

Təlim mərhələsi başa çatdıqdan sonra şagirdlərin əldə etdikləri bilik və bacarıqları real rəqabət mühitində sınamaları məqsədilə Tovuz şəhərində olimpiada təşkil ediləcək. Bu mərhələ şagirdlərin potensialının üzə çıxarılması, biliklərin müqayisəli şəkildə qiymətləndirilməsi və gələcək milli və beynəlxalq yarışlara motivasiyanın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Layihə Məharət Məmmədov adına Qovlar şəhər humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru  Zülfiyyə Məmmədlinin rəhbərliyi ilə həyata keçirilir.

Zülfiyyə Məmmədli Qoşqar qızı uzun illərdir ki, pedaqoji fəaliyyəti, peşəkar inkişafı və təhsildə tətbiq etdiyi innovativ yanaşmalarla seçilən, region təhsilinə mühüm töhfələr verən qabaqcıl müəllimlərdəndir.

1992-ci il sentyabrın 16-da Tovuz rayonunun Köhnəqala kəndində ziyalı ailəsində anadan olan Zülfiyyə Məmmədli orta təhsilini Köhnəqala kənd Şah İsmayıl Xətai adına tam orta məktəbdə almış, 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini "İngilis dili müəllimliyi" ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2013-cü ildə başlayan müəllim müxtəlif illərdə Tovuz rayonunun Alakol kənd 1 saylı, Qovlar şəhər 3 nömrəli məktəbləri,2017-ci ildən etibarən Düz Qırıqlı kənd 1 nömrəli tam orta məktəbində ingilis dili ixtisası üzrə müəllim vəzifəsində çalışıb.

Zülfiyyə Məmmədli 2017-ci ildə müəllimlərin sertifikasiya imtahanında 56 bal toplayaraq ölkə üzrə yüksək nəticə göstərən müəllimlər sırasına daxil olub. O, müxtəlif illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, ADA Universiteti tərəfindən təşkil olunan çoxsaylı ixtisasartırma və peşəkar inkişaf proqramlarında iştirak edib, sertifikatlara layiq görülüb.

ADA Universitetinin “Bir Müəllimin Manifesti” proqramı çərçivəsində ABŞ-də – Vaşinqton şəhərində təhsil alıb, pandemiyanın şagird nailiyyətlərinə təsiri mövzusunda hazırlanmış "Design Thinking" layihəsinin həmmüəlliflərindən biri olub. Zülfiyyə Məmmədli eyni zamanda regionda təhsilin inkişafına yönəlmiş layihələrin təşəbbüskarıdır.