Emin Əmrullayev: “40-dan çox şagirdi olan siniflərin sayı heç 1 faiz deyil”
“40-dan yuxarı şagirdi olan cəmi 600 sinif var ki, bu da ümumi siniflərin heç 1 faizini təşkil etmir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Nazir bildirib ki, ölkə üzrə ümumilikdə 81 min sinif var və 40-dan çox şagirdi olan siniflərdə 24 mindən bir az çox şagird təhsil alır ki, bu da bütün şagirdlərin cəmi 1,5 faizidir: “Başqa sözlə, siniflərimizin 99 faizində şagird sayı 40-dan azdır. Yəni şagirdlərimizin 98,5 faizi 40-dan az uşaq olan siniflərdə oxuyur. "Bu, Azərbaycan təhsilinin ən böyük problemi deyil" deyəndə məhz bunu nəzərdə tuturdum. Yerdə qalan 1 faizlik problemi isə oturub yerindəcə həll etməyə çalışırıq”, – deyə nazir bildirib.




