Emin Əmrullayev: Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır

12 Dekabr, 2024 - 12:21

“Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır”.

“Azərbaycan müəllimi” APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bununla bağlı onlara müraciətlər olur: “Həm mediadan, həm də sosial şəbəkələrdən bizə müraciətlər olur. Bu halların hamısı araşdırılır və geridönüş edilir”.

"Şəffaflığın təmin olunması üçün müvafiq addımlar atılır", - deyə nazir qeyd edib.