Emin Əmrullayev: Nazirlik maaşı artıran və ya azaldan qurum deyil

30 İyun, 2026 - 11:26
Emin Əmrullayev: Nazirlik maaşı artıran və ya azaldan qurum deyil

“Maaş artımı məsələsi ölkədə mərkəzləşdirilmiş qaydada təşkil edilir. Elm və Təhsil Nazirliyi maaşı artıran və ya azaldan qurum deyil”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Emin Əmrullayev bildirib ki, nazirlik sadəcə islahatlarla bağlı təklif verə bilər: “Son 10-12 illə müqayisədə müəllimlərin maaşı 4 dəfəyə qədər artıb. Bəlkə də, başqa belə artım olan sahə yoxdur”.