Emin Əmrullayev türkiyəli həmkarı ilə görüşüb

8 İyun, 2026 - 17:52
Emin Əmrullayev türkiyəli həmkarı ilə görüşüb

İyunun 8-də Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin ilə görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub.  Xüsusilə İstanbulda açılması planlaşdırılan ümumi təhsil müəssisəsi, eləcə də iki ölkənin peşə təhsili müəssisələri arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Emin Əmrullayev türkiyəli həmkarı ilə görüşüb