Emin Əmrullayev Türkiyənin təhsil naziri ilə görüşüb
Noyabrın 18-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin təhsil naziri Yusuf Tekin ilə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı iki qardaş ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.


