Emin Əmrullayev: Xarici tələbə sayının 20 minə çatdırılması planlaşdırılır
Azərbaycanda xarici tələbələrin sayının 20 minə çatdırılması planlaşdırılır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
Onun sözlərinə görə, eyni zamanda Azərbaycan tələbə mübadiləsini də artırmaq niyyətindədir.
Qeyd edək ki, ölkəmizdə hazırda təxminən 11 min əcnəbi tələbə təhsil alır.


