Eşqi Bağırov: Hazırlığa getmədən yüksək nəticə əldə edən şagirdlərimiz olacaq
“14 ümumtəhsil müəssisəsində tam orta təhsil səviyyəsi üzrə təmayül sinifləri açılıb. Bu siniflərin məqsədi şagirdlərin ali təhsilə keyfiyyətli şəkildə hazırlanmasını təmin etməkdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri MÜTDA-nın direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunmuş tədbir çərçivəsində jurnalistlərə açıqlama verərkən deyib.
O qeyd edib ki, şagirdlər müəllim yanına getmədən, öz məktəblərində istədikləri qruplar və istiqamətlər üzrə təhsil ala biləcəklər.
“Düşünürük ki, bu təmayül siniflərinin nəticələri özünü açıq şəkildə göstərəcək”, – direktor qeyd edib.



