ETİHİ əməkdaşları üçün təlimlər keçirilib

8 İyun, 2026 - 10:49
ETİHİ əməkdaşları üçün təlimlər keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə ETİHİ Respublika Komitəsinin və üzv təşkilatların əməkdaşları üçün “Əmək qanunvericiliyi”, “Kargüzarlıq və praktiki ƏMAS” və “Kargüzarlığın təşkili” mövzularında təlimlər keçirilib.Təlimlərdə müvafiq sahələr üzrə fəaliyyət göstərən 28 əməkdaş iştirak edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, proqram çərçivəsində iştirakçılara əmək qanunvericiliyinin tətbiqi, ƏMAS-dan praktiki və səmərəli istifadə üsulları, eləcə də kargüzarlığın müasir tələblərə uyğun təşkili ilə bağlı nəzəri və praktiki məlumatlar təqdim olunub. İnteraktiv formada keçirilən sessiyalar zamanı iştirakçılar gündəlik fəaliyyətlərində qarşılaşdıqları məsələlər üzrə praktiki bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.

Bununla yanaşı, təlim iştirakçıları ilə görüş də keçirilib. Görüşdə çıxış edən ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə belə tədbirlərin əməkdaşların peşəkar inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, qazanılan bilik və təcrübənin iş yerlərində səmərəli tətbiqinin vacibliyini qeyd edib. M.Cəfərzadə həmçinin bu biliklərin digər həmkarlarla bölüşülməsinin əhəmiyyətini diqqətə çatdırıb və iştirakçıların suallarını cavablandırıb.

Tədbirin sonunda iştirakçıların əldə etdikləri bilik və bacarıqlar qiymətləndirilib və onlara sertifikatlar təqdim olunub.