"Əvvəl deyirdilər sertifikatlaşdırmanı niyə edirsiniz, indi deyirlər niyə gec edirsiniz" – Nazir

6 Fevral, 2025 - 17:45
"Əvvəl deyirdilər sertifikatlaşdırmanı niyə edirsiniz, indi deyirlər niyə gec edirsiniz" – Nazir

“Sertifikatlaşdırma imtahanlarını bütün müəllimlər üçün eyni vaxtda etmək 5 dəfə baha başa gəlir”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib. 

Onun sözlərinə görə, bunun üçün də proses mərhələli şəkildə aparılır: “Bizə əvvəl deyirdilər ki, sertifikatlaşdırmanı niyə edirsiniz? İndi deyirlər ki, niyə gec edirsiniz? Bizim bugünkü sürətimiz dövrün tələblərinə uyğundur. Keçən il 4000 müəllimi işdən çıxardıq. Birdən-birə 10 min müəllimi işdən çıxarmaq asan deyil”.