Fələstinin Baş naziri Prezident İlham Əliyevə təşəkkür etdi

16 İyul, 2026 - 14:28
Fələstinin Baş naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş çərçivəsində Baş nazir Məhəmməd Mustafa Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Həmçinin “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil alması yüksək qiymətləndirilib.