Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair görüşlər keçirilib

30 Yanvar, 2026 - 17:25
Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair görüşlər keçirilib

Təhsil İnstitutunun 2026-cı il üçün fəaliyyət planına əsasən, “Fənn kurikulumlarının təkmilləşdirilməsinə dair maarifləndirmə tədbirləri” çərçivəsində 26 – 27 yanvar tarixlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllimləri ilə görüşlər keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, informatika, təbiət və həyat bilgisi fənlərini tədris edən 2000 nəfərə yaxın müəllim müxtəlif fənlər üzrə təşkil olunan sessiyalarda iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd təhsilverənləri təkmilləşdirilmiş kurikulum sənədləri ilə tanış etmək və bu prosesdə iştirak edən işçi qrupunun üzvləri ilə əsas məsələlər üzrə qarşılıqlı müzakirələr təşkil etmək olub.

Görüş zamanı mütəxəssislər müəllimlərin suallarını cavablandırıb, praktik və nəzəri aspektlər barədə məlumat veriblər. İştirakçılar təkmilləşdirilmiş fənn kurikulumları ilə bağlı fikirlərini səsləndirib, ümumilikdə təkmilləşdirmə prosesini müsbət qiymətləndirib və bu yeniliklərin müvafiq fənlərin tədrisində əhəmiyyətli və konstruktiv təsir yaradacağını qeyd ediblər.