Fransanın Azərbaycandakı səfiri UFAZ-ı rəsmi ziyarət edib

30 Yanvar, 2026 - 10:18
Fransanın Azərbaycandakı səfiri UFAZ-ı rəsmi ziyarət edib

Yanvarın 29-da Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Sofi Laqut Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetini (UFAZ) ziyarət edib.

Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.

Bildirilib ki, UFAZ-ın tədris binası və laboratoriyalarına turla başlayan ziyarət zamanı xanım səfir müasir avadanlıqlar və davam edən tədqiqat layihələri ilə tanış olub. Universitet rəhbərliyi ilə keçirilən rəsmi görüşdə isə Azərbaycan və Fransa arasında mədəni körpü rolunu oynayan UFAZ-da tədris fəaliyyəti, tələbə qəbulu, cari çağırışlara cavab verən ixtisasların yaradılması və mövcud ixtisasların təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq və tədqiqat yönümlü fəaliyyətin dəstəklənməsi ilə bağlı ətraflı məlumat verilib.

Daha sonra səfir akademik heyət və tələbələrlə bir araya gəlib. UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərovun salamlama nitqindən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov çıxışında UFAZ-ın Azərbaycan–Fransa arasında ali təhsil sahəsində uğurlu əməkdaşlıq modeli kimi yalnız yüksəkixtisaslı kadrların hazırlanmasına deyil, eyni zamanda birgə tədqiqatların, innovativ təşəbbüslərin və akademik mobilliyin inkişafına mühüm töhfə verdiyini deyib. Daha sonra nitq söyləyən səfir Sofi Laqut uğurlu mədəni əlaqələr, beynəlxalq əməkdaşlıq, akademik mükəmməllik və innovativ yanaşmanın əhəmiyyətindən bəhs edib.

Tədbirin xüsusi məqamlarından biri 2025-2026-cı tədris ilinin payız semestrində yüksək nəticələr göstərmiş bakalavr və magistr tələbələrinin sertifikatlarla təltif edilməsi mərasimi olub. Səfir Sofi Laqut sertifikatları tələbələrə şəxsən təqdimedərək onlara daha böyük nailiyyətlər arzu edib.

Daha sonra UFAZ Koordinatoru, professor Jan-Mark Planeksin moderatorluğu ilə interaktiv sessiya təşkil olunub. Akademik heyət, tələbə və məzunlar diskussiyada aktiv iştirak edərək xanım səfirlə birbaşa ünsiyyət yaradıblar.

Sessiyanın ardınca universitetin Musiqi klubunun üzvləri Azərbaycan və Fransa musiqisi və milli rəqslərini ifa edərək tədbirə rəng qatıblar.

Tədbirin sonunda xatirə fotosu çəkilib.