"Gələcək nəsillər iqlim dəyişikliyini həll etmək üçün bilik və bacarıqlara sahib olmalıdırlar" – Emin Əmrullayev

18 Noyabr, 2024 - 12:19

"İqlim dəyişikliyi dünya üzrə hər yerdə hiss edilir. Gələcək nəsillərin bu məsələləri həll etmək üçün bilik və bacarıqlara malik olması əsas prioritetlərdəndir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün təhsilə investisiya: Erkən inkişafın və ekoloji savadlılığın gücləndirilməsi" mövzusunda təşkil olunan paneldə söyləyib.

Nazir həmçinin təhsil sistemində iqlim və ekoloji problemlərin daha çox inteqrasiya edilməli olduğunu, müxtəlif fənlərin birləşdirilməsinin müasir dövr üçün daha məqsədəuyğun olduğunu bildirərək, iqlim savadlılığının ölçülməsi istiqamətində qiymətləndirmə metodlarının inkişaf etdirilməsinin vacib, Azərbaycanın öz təhsil sistemində bu sahədəki inkişafını davam etdirməkdə qərarlı olduğunu ifadə edib.