Gürcüstandakı azərbaycanlıların ana dilində təhsil imkanlarının təmini əlaqələri möhkəmləndirir – Baş nazir

30 Oktyabr, 2026 - 11:14
Gürcüstandakı azərbaycanlıların ana dilində təhsil imkanlarının təmini əlaqələri möhkəmləndirir

Baş nazir Əli Əsədov yaxın zamanlarda Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin yaxın zamanda başlanacağına ümid etdiyini bildirib.

"Azərbaycan müəllimi" "Report"a istinadən xəbər verir ki, Ə.Əsədov Siqnaxidə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edərkən mədəni-humanitar sahə hər zaman olduğu kimi əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qaldığını deyib.

O qeyd edib ki, iki ölkədə yaşayan azərbaycanlı və gürcü icmaları münasibətlərin inkişafında xüsusi rol oynayırlar:

"Onların ana dilində təhsil imkanlarının təmin olunması və müvafiq məktəblərin fəaliyyəti xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir".