Hakatonun builki qiymətləndirilməsi obyektiv analizə imkan verəcək – Nilüfər Rəhimova

3 Dekabr, 2025 - 17:29
Hakatonun builki qiymətləndirilməsi obyektiv analizə imkan verəcək

"Bu il ilk dəfə olaraq “Məktəblilərarası Milli Hakaton – 2025”in prosesinin mərhələlər üzrə qiymətləndirilməsi və ümumiləşdirilmiş təhlilin hazırlanması əktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyət təminatı və nəzarət şöbəsi tərəfindən həyata keçiriləcək".

Bu fikirləri "Azərbaycan müəllimi"nə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilüfər Rəhimova söyləyib.

Onun sözlərinə görə, şöbə tərəfindən aparılacaq bu qiymətləndirmə layihənin təşkilati, metodik və tətbiqi tərəflərinin obyektiv şəkildə analiz edilməsinə, məlumat bazasının formalaşdırılmasına və növbəti mərhələlər üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan verəcək: "Hakatonun gələn il keçirilməsi və formatı ilə bağlı qərar məhz bu təhlilin nəticələri əsasında müəyyən ediləcək və layihənin təhsil sisteminin strateji hədəflərinə daha effektiv xidmət etməsi üçün zəruri addımlar atılacaq".