Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzi yaradılacaq
Vyetnamın Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzinin yaradılacaq.
Bu barədə “Azərbaycan müəllimi”nə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycanda səfərdə olan vyetnamlı ədəbiyyatşünas alimlərlə görüşüb. Görüş zamanı Hanoy Universitetində Azərbaycanşünaslıq və Türkologiya Mərkəzinin yaradılması, AMEA ilə Hanoy Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması, qarşılıqlı kitab tərcüməsi və nəşri, digər elmi layihələrə dair fikir mübadiləsi aparılıb, müvafiq razılıq əldə olunub.



