Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 Avqust, 2025 - 19:46
Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq
Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

Samux rayonu Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbinin məzunu Fidan Mirzəyeva İlqar qızı qəbul imtahanında yüksək nəticə göstərərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. 

Bu barədə "Azərbaycan müəllimi"nə məktəbdən məlumat verilib. Bildirilib ki, o heç bir repetitor yanına getmədən 637 bal toplayıb.