Hərbi hazırlıq müəllimi işləmək istəyənlər üçün müsabiqə ELAN EDİLİB
Şirvan-Salyan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə 4 mərhələdən (qeydiyyat və sənədlərin yoxlanılması, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.
Qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 13 fevral-19 fevral 2026-cı il tarixlərində aşağıda qeyd olunan sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyi-hal, təhsil haqqında sənədin və əmək kitabçasının surəti, hərbi biletin surəti (yazılı hissələrinin), Qarabağ müharibəsində iştirakı və sosial statusu (müharibə veteranı, müharibədə əlillik dərəcəsi almış şəxs) təsdiq edən sənədin surəti (əgər varsa)) iş günləri ərzində saat 10:00-dan 17:00-dək yerli təhsil sektoruna və ya Şirvan-Salyan Regional Təhsil İdarəsində təşkil olunmuş komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Həmçinin namizədlər qeyd olunmuş linkə daxil olaraq Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələri üzrə mövcud vakansiyalarla tanış ola bilərlər. İmtahana qədər yeni vakant yerlər yarandığı təqdirdə siyahıya əlavə olunacaq.
Vəzifə üzrə namizədlərə 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürə uyğun suallar təqdim ediləcəkdir.
Adıçəkilən vəzifə üzrə ixtisas tələbləri ilə linkə daxil olaraq tanış ola bilərsiniz:
İmtahanın dəqiq vaxtı idarənin sosial media hesabında elan ediləcək.
-
ZeynəbNecə qeydiyyatdan keçək? Bilən varsa xahiş edirəm yazsın15 gün əvvəlCavablaLike (0) -
MənsurSalam mən Şeydayev Mensur Tahir oğlu yaşayış ünvanım Qəbələ təhsilim ali bitirdiyim universitet Bakı Slavyan ixtisasım tərcümə iş axtarıram xahiş edirəm məni təlimçi kimi işə qəbul edəsiniz əlaqə nömrəm 0773052826 xidmetim N saylı hərbi hissədə olub17 gün əvvəlCavablaLike (0) -
İlkin İsmayılovSalam Mən İsmayılov İlkin Yusif oğlu 26.05.1987 ci ildə Cəlilabad rayon Göytəpə şəhərində anadan olmuşam Orta təhsilliyəm Sizin paylaşdığınıza baxdım Uyğun hesab edirsinizsə məndə bu müsabiqəyə qatılmaq istəyirəm19 gün əvvəlCavablaLike (0) -
AygulMen de isteyirem19 gün əvvəlCavablaLike (0) -
Teymur Teyub HəsənovSalam. Mənim 49 yaşım var. Özüm ehtiyatda olan Baş Leytenantam və 2 ci Qarabağ döyüşlərinin iştirakçısıyam . Xahiş edirəm ətraflı məlumat üçün mənim elektron poçtuma məlumat göndərərdiniz. O cümlədən yaş məhdudiyyəti varmı ? və əmək haqqı barədə də qeyd edərdiniz. Özüm Şirvan şəhər sakiniyəm.19 gün əvvəlCavablaLike (0) -
Orxan ƏliyevSalam.Men imtahanda yaxın vaxtlarda iştirak etdim.imtahandan uğurla keçdim.Musahibeye dəvət olundum.Ama mənə zabit heyyəti üçün nəzərdə tutulub dediler.musabiqeme imtina verildi.bu ne derecede doğrudur.19 gün əvvəlCavablaLike (1)



