Hərbi hazırlıq müəllimləri sertifikatlaşdırmaya cəlb ediləcəklər?
Elm və təhsil naziri Emin Əmrullayev çağırışaqədərki hərbi hazırlıq fənninin müəllimlərinin sertifikatlaşdırılmaya cəlb edilməsi məsələsinə aydınlıq gətirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
Nazir bildirib ki, bu sahə spesifik olduğu üçün fərqli yanaşma tələb edir: “Əgər maaş artımı baxımdan yanaşsaq, bu müəllimlərin maaşının artırılması üçün müəyyən addımlar atıla bilər. Lakin çağırışaqədərki hərbi hazırlıq müəllimlərin sertifikasiyaya cəlb edilməsi bir neçə qurumun birgə işidir”.




