Həsən Həsənli: Ali təhsildə əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir

12 İyun, 2025 - 11:19
Həsən Həsənli: Ali təhsildə əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir
Həsən Həsənli: Ali təhsildə əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir

“Təhsilin inkişafı və gələcək nəsillərin qarşıdakı çağırışlara hazır olması üçün atılan addımlar çox önəmlidir. Məktəblərdə şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, onların yeni dövrün tələblərinə uyğun yetişdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu tip layihələr və təlimlər uşaqlarda özlərinə inam hissini formalaşdırır və bu da uzunmüddətli dövrdə həm əmək bazarına, həm də ölkənin iqtisadi və sosial inkişafına ciddi töhfələr verir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, elm və təhsil nazirinin müavini Həsən Həsənli bu fikri VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı səsləndirib.

O bildirib ki, ali təhsil sahəsində qarşıya qoyulan əsas məqsədlərdən biri beynəlxalq reytinqlərdə irəliləməkdir: “Sevindirici haldır ki, obyektiv göstəricilərlə ölçülən bu reytinqlərdə artıq bəzi nəticələr əldə olunub və yaxın günlərdə daha yeni uğurların açıqlanması gözlənilir”.