Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçiminin nəticələri AÇIQLANDI
31 iyul- 4 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib.
Bu barədə “Azərbaycan müəllimi”nə İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 1519 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb.
Nəzərinizə çatdırırıq ki, uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər növbəti vakansiya seçimi mərhələsində iştirak edə biləcəklər.



