“İntellekt” məktəb-liseydə şəhərsalma və milli memarlıq irsi müzakirə olunub

14 May, 2026 - 10:57
“İntellekt” məktəb-liseydə şəhərsalma və milli memarlıq irsi müzakirə olunub

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Heydər Əliyev və milli memarlıq dəyərlərinin qorunması və inkişafı” mövzusunda panel müzakirə təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseyin və Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi milli memarlıq irsinin qorunması, şəhərsalma ənənələrinin təbliği və gənc nəslin tarixi-mədəni dəyərlərə bağlılıq ruhunda formalaşdırılmasından ibarətdir.

Tədbirdə Milli Məclisin deputatı Nigar Arpadarai, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Fəttah Fəttayev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Səbail Rayon İcra Hakimiyyətinin Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qabil Vahidov, BŞTİ-nin sektor müdiri Günay Qurbanova, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şöbə müdiri Altun Rəcəbli, Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Elnarə Əliyeva və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Elza Bağırzadə ümummilli lider Heydər Əliyevin Azərbaycan memarlığının inkişafına, tarixi abidələrin bərpasına və milli-mədəni irsin qorunmasına daim xüsusi diqqət yetirdiyini bildirib. E.Bağırzadə çıxışında məktəb şagirdlərinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hazırladıqları memarlıq abidələri və tarixi tikililərin maketlərinin üzərində yerləşdirilən QR kodlar vasitəsilə iştirakçılara abidələr haqqında interaktiv məlumatların təqdim olunduğunu nəzərə çatdırıb.
Daha sonra çıxış edən N.Arpadarai, F.Fəttayev, E.İmanov, K.Həşimova, M.Nağıyev “Şəhərsalma və Memarlıq İli” çərçivəsində milli memarlıq irsinin qorunmasının, tarixi-mədəni abidələrin gələcək nəsillərə ötürülməsinin, gənclərdə milli dəyərlərə bağlılıq hissinin gücləndirilməsinin və ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsinin zəruriliyini vurğulayıblar.

Panel müzakirə zamanı milli memarlıq irsinin qorunması, şəhərsalma ənənələrinin inkişafı, tarixi-mədəni abidələrin bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən işlər barədə ümumi məlumat verilib, həmçinin müasir şəhərsalma proseslərində milli memarlıq üslubunun qorunmasının vacibliyi qeyd olunub, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində şagirdlərin təqdim etdiyi musiqi nömrələri və bədii kompozisiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Panel müzakirənin sonunda şagirdlərin sualları cavablandırılıb.