UNEC "Huawei" ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

30 Yanvar, 2026 - 09:47
UNEC "Huawei" ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanda fəaliyyət müddətini başa vuran "Huawei" şirkətinin Orta Şərq və Mərkəzi regionu üzrə vitse-prezidenti Angela Lin ilə görüşüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı UNEC ilə "Huawei" arasında formalaşmış əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub. Eyni zamanda, tərəflər arasında gələcək dövrdə əməkdaşlığın genişləndirilməsi imkanları, xüsusilə rəqəmsal transformasiya, innovasiya, təhsil–sənaye əlaqələrinin gücləndirilməsi və texnologiya əsaslı layihələr üzrə perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.