I sinfə qəbulun başlama tarixi AÇIQLANDI
“I sinfə qəbul prosesi may ayının birindən start götürəcək”.
“Azərbaycan müəllimi” xeber verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün təşkil olunan brifinqdə deyib.
O qeyd edib ki, 6 may tarixindən isə valideynlər məktəb və müəllim seçiminə başlaya bilərlər. Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı şəhəri və Naxçıvanda prioritetli qəbul tətbiq olunacaq müəssisələrin siyahısı artıq elan edilib:
“I sinfə qəbul prosesinin mərhələli təşkili valideynlər üçün daha şəffaf və əlçatan seçim imkanı yaradır, prioritetli qəbul mexanizmi isə məktəbə yerləşdirmədə ədalətliliyi təmin edir”.



