İdman Akademiyasının məzunları diplomlarını elektron formatda alacaqlar
2025/2026-cı tədris ili üzrə Azərbaycan İdman Akademiyasını bitirən məzunlar diplomlarını elektron formatda əldə edəcəklər.
Akademiyada "Azərbaycan müəllimi"nə verilən məlumata görə, ilkin mərhələdə 1091 məzunun elektron diplomu rəsmiləşdirilib. Digər məzunların da diplomları mərhələli şəkildə elektron formada hazırlanaraq təqdim olunacaq.
Qeyd edək ki, məzunlar elektron diplomlarını avqustdan başlayaraq “mygov” rəqəmsal hökumət platforması üzərindən yükləyə bilərlər.




