İdmançılarımız Avropa çempionatında böyük uğur qazandılar

19 May, 2025 - 12:20

İdmançılarımız Rumıniyada keçirilən Avropa çempionatında uğur qazanıblar.

“Azərbaycan müəllimi” xəbər verir ki, mayın 15-18-də Rumıniyanın Mureş şəhərində şotokan karate-do üzrə Avropa çempionatı keçirilib.

Yarışda AKF-nin (Azərbaycan Karate Federasiyası) şotokan üslubu üzrə yığma komandasının üzvləri – “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İOEUGİM-nin idmançıları Fariz Şahbazov 60 kq çəki dərəcəsində, Fatimə Cəbrayılova 50 kq çəki dərəcəsində, eyni zamanda, 6 nömrəli İOEUGİM-nin məzunu Hüseyn Məmmədli 67 kq çəki dərəcəsində Avropa çempionu adını qazanıblar.