İmtahanda 200 bal, yarışda qızıl medal – Eminənin uğuru
Məktəblilərin Respublika idman Olimpiadasinin bədii gimnastika üzrə növbəti qalibi Eminə Əhmədovadır. "Azərbaycan müəllimi"nin qızıl medallı müsahibi Bakı şəhəri 200 nömrəli tam orta məktəbin şagirdidir.
Bu il 9-cu sinif buraxılış imtahanında 200 bal toplayaraq növbəti sinfə keçib. İngilis dilini çox sevsə də, gimnast olmaqda qərarlıdır:
"Əvvəldən bədii gimnastika ilə məşğul olmaq istəyirdim. Amma yanlışlıqla akrobatikaya getdim. 5 il akrobatika ilə məşğul oldum. Amma bu sahəni daha çox sevdiyim üçün sonradan bədii gimnastikaya keçdim. Artıq 2 ildir ki, bədii gimnastika ilə məşğul oluram. Respublika Kompleks İdman Məktəbinə gedirəm".
Eminə həm də üzgüçülüklə məşğul olur.




